Təbii qaz təchizatının təşkili ilə bağlı qərarda dəyişiklik

27 Dekabr 2021 19:53    88 Baxış   
Təbii qaz təchizatının təşkili ilə bağlı qərarda dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Modern.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.
Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.

“Azərkontrakt” ASC-yə ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etmək həvalı olunub.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar