Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu 20 Yanvar şəhidlərini anıb

20 Yanvar 2021 18:47    184 Baxış   
Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu 20 Yanvar şəhidlərini anıb

Türkiyə Prezidentinin Baş müşaviri və Yerli Düşüncə Dərnəyinin Fəxri prezidenti Yalçın Topçu 20 Yanvar şəhidlərini anıb.

Dominant.az xəbər verir ki, Yalçın Topçu 20 Yanvar qırğınının tarixə Qara Yanvar adı ilə düşdüyünü qeyd edib:



“Hər türkün və vicdanı olan bütün dildən, dindən olan insanların Qara Yanvar adlandırdığı 20 Yanvar Qırğınını xatırlamaq, anlamaq və anlatmaq üçün bir yerdəyik. 1990-cı il yanvarın 20-də Sovet ordusunun erməniləri qorumaq bəhanəsi ilə Azərbaycanın Bakı və digər şəhərlərində qadın və uşaq demədən törətdiyi vəhşilik və qətliam günüdür. 150-dən çox günahsız vətəndaş şəhid, 1000-dən çoxunun qazi olduğu bu vəhşi qətliam günü, eyni zamanda qəhrəman Azərbaycan Türklərinin, “Bir dəfə yüksələn bayraq bird aha enməz” - deyərək hamılıqla qurtuluş üçün ayağa qalxdığı milli mitinq günü idi.

Azadlıq üçün 20 yanvar 1990-cı ildə yaşadığı son sovet vəhşiliyi ilə şəhidlər verərək bədəl ödəyən şanlı vətən can Azərbaycan, “Azadlığı zərrə-zərrə, qram-qram, bir həb kimi, dərman kimi istəmədiyini! Azadlığı Səma kimi! Günəş kimi! Cahan kimi! istədiyini hayqıraraq 30 avqust 1991-ci ildə müstəqilliyini elan etmək qərarı alaraq 18 oktyabr 1991-ci ildə müstəqilliyini son dəfə və əbədi olaraq elan etdi.

Qara yanvar – 20 yanvarda və Qarabağın işğal edildiyi o illərdə bütün Qarabağda, xüsusən də Xocalıda, dünyanın gözü önündə, ASALA terror təşkilatının dəstəyi ilə Ermənistan silahlı qüvvətləri tərəfindən törədilmiş insanlıq qətliamları Türkiyədə hər evin acısı oldu”.

Y.Topçu Türkiyənin Azərbaycanın 44 günlük Vətən Müharibəsində də daima yanında olduğunu xatırladıb:

“Geridə qoyduğumuz 2020-ci ildə Qarabağın azadlığı üçün 44 gün davam edən şanlı mücadilə sırasında şəhid verdiyi canlar və yaşadığı böyük acılar da yenə Türkiyədə hər evin həm qüruru, həm də ürək yanğısı oldu.
Erməni raketləri ilə vurulan Gəncədəki bir yaşlı şəhid körpə Mədinənin ağrısının dünyada insan olduğunu söyləyən hər kəsin ürəyini yandırdığını düşünürəm.

Allaha şükr olsun ki, bu gün Azərbaycanın nurlanmış şəhidləri, onurlanmış qaziləri, qəhrəman xalqı və Ali Baş Komandanı İlham Əliyev ilə Azərbaycan artıq öz parçası olan Qarabağına qovuşmuşdur. Can Azərbaycan Qarabağın azadlığını Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti iradəsi, yüksək liderliyi ilə bölgədə və dünyada artan rifahı, birlik və diriliyi ilə artıq hər kəsin qiptə etdiyi baxdığı böyük bir dövlətdir.

10 noyabr 2020-ci il tarixində Azərbaycan ilə Ermənistan arasında arasında bağlanan, Qarabağ müharibəsini sona çatdıran atəşkəs razılaşması nəticəsində Türkiyə-Rusiya arasındakı ortaq mərkəzdə xidmət edəcək mehmetciklərimiz Azərbaycanın haqqını və hüququnu müdafiə etmək üçün Can Azərbaycandadır.
Türk milləti hər nəfəri ilə qardaşı Azərbaycanın hər şəraitdə yanında olub və dünya var olduqca da haqlı davasında yanında olmağa davam edəcək.

Şanlı Vətən Can Azərbaycanın müstəqilliyi və öz torpağı olan Qarabağın azadlığı üçün Qara Yanvarda və Qarabağda şəhid olan bütün qəhrəmanlarımızın timsalında Türk-İslam dünyasının bütün şəhidlərini rəhmətlə anır, qazilərinə sağlıq və rifah diləyirəm”.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar