Türkiyə vətəndaşları müracət etdilər: "Azərbaycan Ordusunda döyüşmək istəyirik"

22 İyul 2020 19:15    7874 Baxış   
Türkiyə vətəndaşları müracət etdilər: "Azərbaycan Ordusunda döyüşmək istəyirik"

Bu günədək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən 55 min 130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) müraciət edib.


Dominant.az xəbər verir ki, Türkiyə vətəndaşları da Azərbaycan uğrunda döyüşlərdə iştirak etmək üçün dəstək nümayiş etdiriblər.


Azərbaycanlı əsgərlərin və vətəndaşlarının Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın şimalına terror təşkilatlarına qarşı əməliyyata könüllü olaraq qoşulmaq istəkləri qarşılığında Türkiyə Cümhuriyyəti vətəndaşlarının Azərbaycan Ordusu sıralarına könüllü olaraq qatılmaq üçün könüllü olaraq müraciət ediblər.


"Defence Turk" xəbər portalının "WhatsApp" qrupuna müraciət edən Türkiyə vətəndaşları Azərbaycan Ordusu sıralarında Ermənistanın hərbi təxribatlarına qarşı könüllü döyüşmək niyyətlərini ifadə ediblər.


Azərbaycan Ordusu sıralarına könüllü qatılmaq istəyən qardaş Türkiyə vətəndaşları bu niyyətlərini həyata keçirmək üçün yardım istəyiblər.
(Avropa.info)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar