Türkiyədə “Tayfun” raketinin sınağı keçirilib - FOTO/VİDEO

18 Oktyabr 2022 17:43    1521 Baxış   
Türkiyədə “Tayfun” raketinin sınağı keçirilib -   FOTO/VİDEO
Bu gün Türkiyənin Rizə şəhərində saat 06:50-də (Bakı vaxtı ilə 07:50-də - red) ilk milli “Tayfun” yaxınmənzilli raketin sınaq buraxılışı uğurla həyata keçirilib.

Qeyd olunur ki, raket sınağı Müdafiə Sənayesi İdarəsinin “Tayfun Raket Sisteminin İnkişafı Layihəsi” çərçivəsində Raket Sənayesi və Ticarət Korporasiyası (ROKETSAN) tərəfindən həyata keçirilib.

Bildirilir ki, yerli imkanlar çərçivəsində hazırlanan “Tayfun” yaxınmənzilli ballistik raketi 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə uğurla vurub.

Sınaq atışı zamanı raket Rizədən Sinopa qədər məsafə qət edib. Qısa mənzilli ballistik raket 300-dən 1 000 km-ə qədər hərəkət uzaqlığına malikdir.














Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar