Türkiyəli diplomat: “1918-ci il Türk millətinin tarixinin qanlı səhifələrindən biridir"

31 Martt 2021 13:33    2367 Baxış   
Türkiyəli diplomat:  “1918-ci il Türk millətinin tarixinin qanlı səhifələrindən biridir"

“1918-ci il Türk millətinin tarixinin qanlı səhifələrindən biridir. Bu il Azərbaycanda və Anadoluda çox sayda Türk və müsəlman qətlə yetirilib. 31 Martda erməni və bolşevik dəstələri tərəfindən həyata keçirilən etnik soyqırımı zamanı minlərlə azərbaycanlı; yaşlı, qadın və ya uşaq olmasından asılı olmayaraq vəhşicəsinə öldürüldü, bütün əmlakları, evləri talan edildi, məscidlər və məktəblər yandırıldı. Ölkənin müxtəlif bölgələrində yüzlərlə kənd tamamilə dağıdıldı”.

Dominant.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

Diplomat bildirib ki, bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ və Naxçıvan kimi bir çox şəhər və bölgələrdə həyata keçirilib: "Mart ayında başlayan bu qırğınlar Osmanlı Dövlətinin Müharibə naziri Ənvər Paşa tərəfindən qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni quldur dəstələrindən təmizləməsi ilə sona çatıb. Bu vaxt Qafqaz İslam Ordusu çox sayda şəhid verib”.

H.Altınalan vurğulayıb ki, 20 Yanvar qırğını ilə Xocalı və 31 Mart soyqırımları bir ölkənin müstəqilliyinin asanlıqla qazanılmadığını, bunun üçün minlərlə insanın qurban verildiyinin göstərir: “Buna görə müstəqilliyin çox qiymətli olduğunu əsla unutmamalıyıq. Bu münasibətlə Azərbaycan türklərinə qarşı şüurlu şəkildə törədilən etnik soyqırımında həyatını itirənlərə Allahdan rəhmət diləyirik və ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçmiş atalarımızı dərin hörmət və ehtiramla anırıq”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar