Ukrayna hərbçiləri Slovakiyada təlim keçir

16 May 2022 18:28    1590 Baxış   
Ukrayna hərbçiləri Slovakiyada təlim keçir

“Ukrayna hərbçiləri Slovakiya istehsalı olan “Zuzana2” özüyeriyən artilleriya qurğusunun istifadəsi üçün təlim keçir”.

Dominant.az UNIAN-a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Nazir qeyd edib, bu texnikanı almaq üçün Ukrayna hələ Slovakiya ilə müqavilə imzalamayıb. Onun sözlərinə görə, Ukraynaya yaxın günlərdə azı 8 belə qurğu tədarük ediləcək.

Qeyd edək ki, aprel ayında Slovakiya ABŞ-dan “Patriot” alaraq, onun əvəzində Rusiya ilə müharibə aparan dövlətə “S-300” Hava Hücumundan Müdafiə sistemi verib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar