Vasif İsmayıl həyəcan təbili çaldı - "Azərbaycanda qırğın günlər başlayacaq"

19 Yanvar 2022 11:52    218 Baxış   
Vasif İsmayıl həyəcan təbili çaldı -  "Azərbaycanda qırğın günlər başlayacaq"

"COVID-19-la bağlı insanlar nə etmək lazım olduğunu bilirlər. Başa düşün ki, çox qalmayıb, iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq".

Dominant.az xəbər verir ki, bunu Toplum.TV-yə tanınmış həkim Vasif İsmayıl deyib.

"Nəyə görə söyləyirik? Ovcumuzun içini iyləməmişik... Əgər "omikron" Azərbaycana gəlibsə... Digər ölkələrdə, məsələn, Amerikada gündəlik yoluxma sayı milyon yarıma qalxmışdı. Biz amerikalıdan daha ağıllı və sağlam deyilik ki. Bizim də başımıza eynisi gələ bilər. Ona görə də daha diqqətli olmaq lazımdır", - V.İsmayıl qeyd edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar