Vətən savaşının qəhrəman həkimi - FOTO

30 Noyabr 2020 15:16    750 Baxış   
Vətən savaşının qəhrəman həkimi -  FOTO

Övladlarına Bakıdayam deyib cəbhəyə getdi...

Vətən Müharibəsinin görünməyən qəhrəmanlarından olan həkimlərimizdən biri haqqında söhbət açmaq istəyirik...

Şəki Mərkəzi Rayon Xəstəxanasının Əməliyyat bölməsinin müdiri İntiqam Məmmədov Vətən Müharibəsində həkim kimi fədakarlıq göstərib. Onlarla yaralı hərbiçinin həyata qaytarılması və sağlamlığına qovuşması üçün gecəsini-gündüzünə qatan İntiqam həkim 3 övlad atası olsa da, böyük qürur hissi ilə cəbhəyə yollanıb.

Müharibə dövründə əsas məqsədi yaralı hərbiçilərin şəfa tapması olan İntiqam həkim gərgin iş rejimi nəticəsində özü də xəstələnmiş, sonrakı müayinələrdə koronavirusa yoluxduğu aşkarlanmışdır. Vəziyyəti xeyli ağırlaşsa, müalicə dövründə hətta həkim həmkarlarnı xeyli həyacanlandırsa da, Allaha şükür ki, müalicəsi müsbət nəticə vermişdir. İndi səhhətinin tam normallaşması və bərpası mərhələsindədir. Allah şəfa versin!



1972-ci ildə Şəki rayonunun Çay Qaraqoyunlu kəndində anadan olmuş İntiqam həkim yüksək səviyyəli və peşəkar həkim kimi Şəkidə də böyük hörmətə malikdir. İntiqam həkim 90-cı illərdə ali təhsilini başa vurduqdan sonra - 1997-2001-ci illərdə də cəbhə bölgəsində hərbi həkim kimi fəaliyyət göstərib.

Daha sonra - 2001-2020-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Onkologiya Şöbəndə həkim və Şöbə müdiri vəzifələrində çalışıb. 2011-2014-cü illərdə qardaş Türkiyədə ixtisasartırma təlimlərində olub, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək yüksək səviyyəli onkoloq həkim kimi ölkəmizə qayıtmışdır.

Maraqlı bir məqamı da qeyd edək ki, İntiqam həkim builki ad gününü ailəsi və doğmaları ilə qeyd edə bilməsə də, övladları narahat olmasın deyə onlara Bakıda təlimdə olduğunu bildirmişdir.

Vətənpərvər və fədakar İntiqam həkimə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq!

Bu Vətən Sizin kimi oğulları ilə böyükdür!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar