"WhatsApp" şəxsi mesajların izləməyəcəyinə dair zəmanət verdi

12 Yanvar 2021 12:00    309 Baxış   
"WhatsApp" şəxsi mesajların izləməyəcəyinə dair zəmanət verdi

"WhatsApp" istifadəçilərin şəxsi mesajlaşmalarını izləməyəcəyinə dair zəmanət verdi.

Bundan başqa, E2E texnologiyasına tam riayət edəcəyini bəyan edən "WhatsApp" istifadəçilərin harada olduğunu izləməyəcək, GPS geolokasiya "data"larını toplamayacaq və bunu "Facebook"la paylaşmayacaq.

"WhatsApp" rəsmisi açıqlama verərək bildirdi ki, nə onun yaradıcısı, nə "Facebook" istifadəçilərinin zənglərini və mesajlaşmalarını görə bilməz.

"Bəzi şayiələri dağıtmaq istəyirik - şəxsi mesajlarınızı ucdantutma şifrələmə ilə qorumağa davam etdiyimizə 100% əmin olun", - bəyanatda deyilir.

"WhatsApp" şəxsi mesajların izləməyəcəyinə dair zəmanət verdi


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar