Xanım icra başçısı oğlu ilə birlikdə könüllü orduya yazıldı - FOTOLAR

18 İyul 2020 14:34    5898 Baxış   
Xanım icra başçısı oğlu ilə birlikdə könüllü orduya yazıldı -  FOTOLAR
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa Abşeron rayon ictimaiyyəti də qoşulub.

Dominant.az xəbər verir ki, rayonun gəncləri, Qarabağ qaziləri, idmançılar, ehtiyatda olan hərbçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsində gələrək könüllü kimi qeydiyyatdan keçiblər.

Qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı İradə Gülməmmədova və onun oğlu Məhəmməd Gülməmmədov da olub.

İcra başçısı hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduğunu qeyd edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar