"Ya rayonlara getməyə icazə verilsin, ya da hərbi rejim tətbiq olunsun" - Operativ Qərargahdan tələb

23 İyun 2020 10:00    7578 Baxış   
"Ya rayonlara getməyə icazə verilsin, ya da hərbi rejim tətbiq olunsun" -  Operativ Qərargahdan tələb
İqtisadçı ekspert Rövşən Ağayev düşünür ki, Bakıda mənzili olmaqla yanaşı, rayonda da təsərrüfatı, mənzili olan insanların karantin rejimində paytaxtdan buraxılmaması yanlış qərardır: "İnsanların rayonlara getməsinə icazə verilməlidir, xüsusən tələbə-şagird övladları olan insanların imtahanlar bitdikdən sonra, ən azı 2 aylıq tətili əyalətlərində keçirmələrinə şərait yaradılmalıdır".

Ekspert bunun üçün çıxış yolu da təklif edir: “Bunun üçün də elektron qeydiyyat sistemi qurulmalıdır. Bakını tərk edən insanlar elektron icazə aldığı gündən, ən azı 30 gün müddətində geri qayıtmayacağına razı olmaq şərtilə elektron portalda qeydiyyata düşə bilərlər. Həmçinin Bakıdan regionlara çıxışda insanların hərarətini yoxlamaq və 37 dərəcədən yuxarı istiliyi olanları rayonlara buraxmamaq olar”.

Maraqlıdır, cəmiyyət bu barədə necə düşünür? Əgər, R.Ağayevlə həmfikirdilərsə, məsələnin həlli üçün nə kimi təkliflər irəli sürürlər? Dominant.az suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları olduğu kimi təqdim edirik.



Leyla Abdullayeva: “Rayondakılar qəti şəkildə narazıdılar. Səbəb isə Sumqayıt və paytaxtdan gəlmiş iki nəfərin Qaxda insanları virusa yoluxdurmasıdır. Ya rayona gedənlər analiz verməlidilər, ya da heç buraxılmamalıdılar”.

Şahpəri Abbsova: “Məncə, rayonlara üz tutan insanlar əvvəlcə tibbi yoxlanışdan keçsinlər, sonra rayonlara buraxılsınlar. Səhhətində problemi olanlara icazə verilməsin”.

Çingiz Özgür: “Rövşən bəy doğru buyurur. Rəsmi tənzimləmələrlə Bakının sıxlığın azaltmaq lazımdır. Bölgələrə 30 günlük müddətə gedənlər koronavirus testindən keçməlidi. Əgər hər şey yaxşıdırsa, hətta dövlət maddi dəstək verməlidir gedənlərə!”.

Müşfiq Hüseynov: “Ümumiyyətlə eyni komanda ilə, eyni şəraitdə, eyni əhali ilə ikinci karantin etməzlər. Bunda məqsəd heç də virusu zərərsizləşdirmək deyil, ancaq xəsətəxana boşaltmaqdır. Yəni klassik Azərbaycan varinatı - hadisələrin quyruğunda sürünmək. İkinci sərt karantin qəti sürətdə çıxış deyildi. Ya hərbi rejimli tam qapanma olmalıdır, ya da hər şeyi bitirib maska məcburiyyəti və ağır cərimələr gətirilməlidir. Tək toy və yas karantinini saxlamaq şərtilə”.

Neşe Polat: “Dövlət rayonlara getmək istəyənləri testdən keçirməli və 30 gün geri qayıtmamaq şərtilə rayonlara göndərməlidir. Bakını təcili boşaltmaq lazımdır, bu istidə insanlar 2 saatlıq icazə alıb yenə də parklara dolacaqlar”.

Əntiqə Rəşid: “Zənnimcə, çox yerində düşünülmüş bir layihə ola bilər. Ammaa daha maraqlı variant Xədicə İsmayilın fikirləridir, bu fikirlər daha cazib gəldi. O yazır: "Hər vətəndaşa ayda bir dəfə istifadə edə biləcəyi səfər kartı verilə bilər. Seçim etsin, orada qalır, ya burada. İstifadə etməməsi üçün də bonus versinlər".

Arzu Umut: “Türkiyə praktikası örnək götrülürsə, belə də etmək olar. Rayona gedən insan e-təbəb yükləyir. Və rəsmi bəyanat imzalayır ki, 14 gün ərzində getdiyi yerdən kənara çıxmayacaq, heç kimlə görüşməyəcək. 1 aydan da tez geri dönməyəcək. Bu metodla şəhərə düşən yük azalar. İnsanların ev şəraitində imunitetləri zəifləyir. Bu xəstəliklə mübarizədə bol oksigen və “D” vitamini əsas amildir”.

Mərahim Nəsib: “Əgər, paytaxtın boşalması istənilir və sosial məsafə tətbiq edilirsə, bununla yanaşı, rayonlara gedişə icazə verilmirsə, deməli, absurdluq var. İcazə verilməlidir, əlbəttə”.

Elnurə Abuşova: “Biz 1 ay rayonda qala bilmərik. İşə gedirik. Məncə, valideynləri rayonda tək qalanlara istisnalar olmalıdır. Valideynin yaşadığı yerdən arayış verilməlidir ki, həqiqətən rayonda tək yaşayır”.

Gültən Qədirli: “Əslində, məncə də buraxsalar, əla olar. Amma bir şərtlə, sağlamlıq haqda həkimdən arayış olsun, çünki elə adam var ya işdən çıxıb, ya da məzuniyyətdədir. Daha Bakıda da nə qədər bina evində 4 divar arasında oturmaq olar? Həm də elə şəhərdə adam azalar”.

Ramina Eyvazqızı: “Çox ölkə daxili vilayət sərhədlərini bu məqsədlə açdı. Bunun üçün postda aparatla vətəndaş ilkin tibbi (hərarət ən azı) yoxlamadan keçə bilər, bu, yersiz sorğu-suallardan çox vaxt aparmır”.

Ülviyyə Şahin: “Məncə, doğru fikirdir. Bakıda insanların sayı azalmış olar. Amma gedəcək insanlar test edilsə və sağlam olmaları ilə bağlı arayış alsalar, həmin arayışla da postdan sərbəst şəkildə keçmək şərtilə məsələni tənzimləmək olar”.

Səxavət Məmməd: “Əslində, əla təklifdir. Ancaq çox gecdir. Məsələ əvvəl başlayanda bu addım atılsaydı, yerində olardı. İndi kimin yoluxub-yoluxmadığı bəlli deyil. İndiki dönəmdə rayonlara axış olsa, virus şaxələnəcək. Lap temperatur ölçülsə belə, düzgün addım olmaz. Çünki virus özünü 10-14 gün ərzində göstərir. Qızdırması olmayan adamda 3 gün sonra da qızdırma qalxa bilər. O üzdən, gecikmişik”.

Təranə Xudabaxşiyeva: “Təklif edirəm ki, rayonlara getmək istəyənlərdən test götürülsün. Sağlam insanlar öz rayonlarına və evlərinə getsinlər”.

Səbinə Yusif: “Rövşən bəy düz deyir. Bircə şərtlə ki, insanların sağlamlığı yoxlanılıb göndərilsin”.

Həsən Həsənli: “Çox yaxşı fikirdir. Amma bir o qədər də çətindir”.

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar