Zaporojye şəhərinə 12 S-300 raketi atıb, ölən var

11 Oktyabr 2022 10:30    9368 Baxış   
 Zaporojye şəhərinə 12 S-300 raketi atıb, ölən var

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

“Report” “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar