Zaur Darabzadə “CinemaPlus”-un Müşahidə Şurasının sədri təyin olunub

27 İyul 2020 15:54    427 Baxış   
Zaur Darabzadə “CinemaPlus”-un Müşahidə Şurasının sədri təyin olunub
“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

Dominant.az xəbər verir ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, Zaur Darabzadə 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən indiyədək isə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru olub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar