“Toy Tələsi”nin Qala gecəsi olacaq

28 Dekabr 2022 14:45    14183 Baxış   
“Toy Tələsi”nin Qala gecəsi olacaq

Komediya janrında olan “Toy Tələsi” bədii filminin Qala gecəsinin keçirilməsinə sayılı günlər qaldı.

Bu barədə Dominant.az-a filmin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev xəbər verib. Ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova olan “Toy tələsi”nin Qala gecəsi yanvar ayının 5-də Alov Qüllələri Kompleksində gerçəkləşəcək.

“4 aya ərsəyə gələn filmimiz artıq təqdimata hazırdı. Park Cinema kinoteatrlar şəbəkəsi ilə müqavilə imzaladıq. Yanvarın 5-də “Toy Tələsi”nin ilk premyerası olacaq. Film eyni zamanda kinoteatrın bütün filiallarında təqdim olunacaq. Artıq biletlərin satışına start verilib. Tamaşaçılar Park Cinema kinoteatrlarından biletləri əldə edə bilərlər”.

Faiq Nağıyev onu da qeyd edib ki, insanlar gülüş, maraq və həyəcanla dolu anların olduğu “Toy tələsi”ndə həyatda rastlaşdıqları reallığı tanınmış aktyorların obrazlarında görə biləcəklər.

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinemalarda izləyə biləcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar