“Geri Dönənlər” artıq "Park Cinema"da

28 Dekabr 2022 13:30    988 Baxış   
“Geri Dönənlər” artıq "Park Cinema"da

Fariz Əliyevin yeni filmi “Geri Dönənlər” 28 dekabrdan bütün “Park Cinema” kinoteatrlarında nümayişdədir.

Layihədə Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd və Oksana Rəsulova baş rollarda iştirak edirlər.

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən, dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. 

Qeyd edək ki, hazırda "Park Cinema" kinoteatrlar şəbəkəsində həftəiçi hər gün, qeyri-iş günləri istisna olmaqla, saat 17:00-dək endirim kampaniyası davam edir və "Geri Dönənlər" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar