“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi

07 Oktyabr 2022 11:01    9965 Baxış   
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “İplikçi Nedim” obrazı ilə yadda qalan aktyor İsmail İncekara 72 yaşında dünyasını dəyişib.

Bu barədə onun həmkarı Zafer Algöz sosial media hesabında bildirib.


“Əziz qardaşım İsmail İncekara vəfat etdi. Günə belə xəbərlərlə başlamağımız bizə od vurdu. Başımız sağ olsun”, - o yazıb.

Qeyd edək ki, İ. İncekara “Dünyayı Kurtaran Adamın Oğlu”, “Dar Alanda Kısa Paslaşmalar”, “Deli Yürek” və “Kurtlar Vadisi” kimi məşhur seriallarda rol alıb. (“Qafqazinfo”)






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar