"Teatral studiya" uşaq aktyor akademiyasının filialı açılıb

06 Noyabr 2022 22:46    10826 Baxış   
"Teatral studiya" uşaq aktyor akademiyasının filialı açılıb

Ramana qəsəbəsində "Teatral studiya" uşaq aktyor akademiyasının filialının açılışı baş tutub. Açılışda sakinlər üçün çıxışlar, milli maskotların əyləncəli oyunları, sehrli şou və.s təşkil olunub. 

Studiyanın bədii rəhbəri Səbinə Məmmədzadənin Dominant.az-a verdiyi açıqlamaya görə, akademiyada rəqs, gimnastika, aktyor sənəti və səhnə danışığı dərsləri tədris olunacaq:

"Şəhid və qazi ailələrinin övladları, uşaq evlərinin körpələri üçün təhsil təmənnasızdır. Sakinlər qəsəbədə belə bir məkanın açılışını müsbət qarşıladılar. Ailəmizə yeni uşaqlar daxil oldu. Layihənin məqsədi Bakı kəndlərində uşaqlar üçün belə şərait yaradıb, onların sağlam inkişafına xidmət etməkdir".

Qeyd edək ki, artıq Ramana qəsəbəsində "Teatral studiya"nın təşkil etdiyi silsilə tədbirlər həyata keçirilir.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar