Zod yatağı düşmənin əlindən çıxdı

27 Noyabr 2020 16:23    568 Baxış   
Zod yatağı düşmənin əlindən çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyan tiqranoidləri çılğına döndərən bəyanat verib: "Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, Ermənistan Azərbaycanla yeni sərhəddə qüvvələrini yerləşdirməlidir.

Bu sərhəd Kəlbəcər rayonunun Azərbaycana təşvil verilməsindən sonra yaranıb. Yeni sərhədin müəyyənləşməsi sadəcə rusiyalı sülhməramlıların yox, azərbaycanlı hərbçilərin köməyi ilə həyata keçirlir".

Tiqranoidlər şivən qaldırıblar ki, baş nazir "azərbaycanlı hərbçilərin köməyi ilə" söyləyəndə, nəyi nəzərdə tutub?

Emosiyaları bir kənara qoyub, faktlara baxaq.

SSRİ dönəmində Zod, yəni Söyüdlü qızıl yatağının (mədəninin) ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi.

Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdı.

Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdi. Yatağın istismarına 1976-cı ildən başlanmışdı.

Ermənistan indi bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı.

Üç gün əvvəl hərbçilərimiz həmin darvazanı sındıraraq Zoda daxil olublar. Yəni öz ərazimizə.



Mədədə çıxarılan 1 ton filizin tərkibində minimum 0,8 qram qızıl var.

Hazırda Zodda Azərbaycan Ordusunun 3, tiqranoidlərin 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdirirlər.

N.Paşinyan da bunu demək istəyib, amma tiqranoidlər hər şeyi anlayıblar: Zod banderloqların əlindən çıxdı.

Kəlbəcər rayonunda Ağduzdağ və Tutxun qızıl yataqları da var.

Elçin ALIOĞLU

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar