ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi

04 Dekabr 2021 19:51    695 Baxış   
ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi

ABŞ Suriyada "Əl-Qaidə" terror təşkilatının liderlərindən birinə zərbə endirib.

Dominant.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Silahlı Qüvvələrinin komandanlığının rəsmi nümayəndəsi Bill Urbana istinadən məlumat yayıb .

Telekanalın məlumatına görə, yaraqlının məhv edilməsi əməliyyatı İdlib yaxınlığında pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Urban bildirib edib ki, mülki əhali arasında itkilər ola bilər. Hazırda hücumun fəsadları araşdırılır.

Telekanal Ağ Evdən məlumatı şərh etməyi xahiş etsə də, cavab almayıb.

(Modern.az)



Bundan əvvəl sentyabrın 20-də ABŞ Silahlı Qüvvələri İdlib şəhəri yaxınlığında “Əl-Qaidə” terror təşkilatının yüksək rütbəli liderlərindən birinə hücum edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar