ABŞ seçkiləri - Tramp və Biden fərqi

03 Noyabr 2020 14:56    781 Baxış   
 ABŞ seçkiləri -  Tramp və Biden fərqi

Bütün dünyanın diqqətlə izlədiyi proses nəhayət k,i bu günlərdə başa çatmaqdadır. Bu prosesin adı ABŞ prezident seçkisidir. Bu seçki dünyanın gedişatı üçün o qədər önəmli və həssasdır ki, bunu necə izah edəcəyimi bilmirəm. Bacara bildiyim sadəcə, Tramp və Biden arasında fərqləri sizə göstərib, onlardan birinin seçilməsi təqdirdə, dünyanı nə dəyişikliklərin gözlədiyini bildirməyim olacaq.

2020-ci il həm bu seçkinin baş verəcəyi il olması ilə ilə yanaşı, həm də ilk periodda yanğınların, koronavirus pandemiyasının, müəyyən ölkələrdə qarşıdurmaların yaşandığı və ölkəmizdə II Qarabağ müharibəsinin baş verdiyi bir il olaraq ağıllarda qaldı. Bir çox tədqiqatçılar və fərziyyəçilər bütün bu yaşananları elə ABŞ seçkiləri ilə əlaqələndirmək kimi çox asan yolu seçdi. Amma yaşanan hadisələrin hamısının səbəbi bu olsa da fərqli səbəbləri də var idi. Xülasə, dünyamız və biz nəhayət ki, ABŞ seçkilərinə gəlib çatdıq.

Bir tərəfdə bizi Respublikaçıların namizədi Tramp, digər tərəfdə isə Demokratların namizədi Biden qarşılayır. Tramp daha çox minimalist bir mövqe ilə realist siyasəti müdafiə edərkən, Biden isə maksimalist və liberal siyasəti müdafiə etməkdədir. Tramp ölkə daxilində neo-liberal iqtisadi modeli müdafiə edərək, şirkətlərin daha da güclənməsini və işsizliyi azaltmağı hədəfləyərkən, Biden daha çox xalqın rifahının yüksəlməsi ilə şirkətlərə qarşı bir mövqe almaqdadır. Tramp beynəlxalq təşkilatların əhəmiyyətsiz olduğunu vurğulayaraq, dövlətlərin realist çıxarlar çərçivəsində razılaşıb ittifaq qura bilməsini müdafiə edərkən, Biden isə dövlətlər əvəzinə təşkilatları müdafiə edərək, ABŞı təşkilatlarla əlaqədə olan bir dövlət olaraq təsəvvür edir.

Tramp bölgələrdəki istiqrarı və sabitliyi, regional dövlətlərlə qurmağı müdafiə edib, daha çox Avropada Birləşmiş Krallığı, Yaxın Şərqdə, İsraili, Asiyada Yaponiya və Cənubi Koreyanı müdafiə edərək, qeyd edilən bölgələrdəki liderləri dolaylı yoldan tanıyaraq, yaranmış çox qütplü sistemi, tək qütplü sistemə qaytarmağa çalışır. Bu gedişatı tənqid edən Biden qeyd edilən regionlara birbaşa beynəlxalq təşkilatların müdaxilə etməsini və demokratik olmayan liderlərin getməsini istəyir.

Çatdırmağa çalışdığım kimi, əgər bu seçkidə ABŞ prezidenti Tramp olarsa,

1. Avropada Fransa kimi NATO-dan ayrılmağa cəhd edən dövlətlərdə ciddi dəyişikliklər olacaq.

2. Avropada Birləşmiş Krallıq ciddi güc qazanacaq.

3. Beynəlxalq təşkilatlar ABŞ dəstəyini itirdiyi üçün funksiyasızlaşacaq.

4. Bəlli olan bir çox mübahisələr və mübahisəli torpaqlar hərbi yolla həll ediləcək.

5. Çini çevrələmə və onun proyektlərinin icrası üçün bütün sabotajlara əl atılacaq.

6. Yaxın Şərqdə - bütün güc İsrail ətrafında formalaşacaq, Türkiyənin İsrail ilə barışmasından sonra bu proses ciddi bir sürət qazanacaq.

7. ABŞ öz əsgərlərini addım-addım bölgələrdən çıxaracaq. (4 maddədə qeyd etdiyim kimi, mübahisələr hərbi yolla həll edilməsi üçün)

Əgər bu seçkidə ABŞ prezidenti Biden olarsa,

1. Avropa İttifaqı – şərqə doğru sürətli bir genişlənmə yaşayacaq, Baltik dövlətlərində etirazlar güclənəcək.

2. Beynəlxalq təşkilatlar ciddi dərəcədə effektiv çalışmağa başlayacaq, xüsusilə demokratiya, insan haqqları adı altında bir çox dövlətdə etirazlar intensivləşəcək.

3. Mübahisələr və mübahisəli torpaqların həlli dövlətlərdən alınaraq təşkilatlara ötürüləcək.

4. Çin ilə əlaqələr gücləndirilməsinə rəğmən anti-Rusiya siyasəti və Rusiyanı çevrələmə sürətlənəcək.

Yadigar Nagiyev, siyasi-İctimai tədqiqatçı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar