Aeroport yolunda qəzada ölənlərin adları açıqlanıb, 25 nəfər yaralanıb

13 Oktyabr 2021 15:59    245 Baxış   
Aeroport yolunda qəzada ölənlərin adları açıqlanıb, 25 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən dominant.az-a daxil olan məlumatda deyilir:

"Bu gün səhər saat 6:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar