Aİ səfiri: "Azərbaycanın pandemiyaya qarşı mübarizəsini dəstəkləyirik"

21 Oktyabr 2021 16:15    142 Baxış   
Aİ səfiri: "Azərbaycanın pandemiyaya qarşı mübarizəsini dəstəkləyirik"

"Avropa İttifaqı Azərbaycanın koronavirus pandemiyasına və onun fəsadlarına qarşı mübarizəsini dəstəkləyir".

Dominant.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Bakıda keçirilən “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) fotosərgisinin bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı koronavirusa qarşı dərmanların ədalətli bölüşdürülməsini nəzərdə tutan COVAX beynəlxalq platformasının tərəfdarıdır.

Diplomat həmçinin pandemiyaya qarşı tədbirlər çərçivəsində Azərbaycanda Aİ-nin dəstəyi ilə tibbi heyət üçün təlimlərin keçirildiyini də xatırladıb.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar