Roland Bidjamov: “Prioritet İrandakı rejimi daxildən laxlatmağa verilib”

09 Fevral 2023 11:06    11988 Baxış   
Roland Bidjamov: “Prioritet İrandakı rejimi daxildən laxlatmağa verilib”

“Mən düşünürəm ki, İrandakı rejimi hələ də daxildən laxlatmaq prioritetdir, nəinki ona xarici müdaxilə etmək. Çətin ki, İsrail İrana qarşı əməliyyat keçirsin, çünki bunun ardınca Suriyadan və başqa yerlərdən cavab veriləcək. Tehran əlində olan bütün vasitələrdən istifadə edəcək”.

Oxu.Az-a açıqlama verən tanınmış rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bidjamov belə düşünür.

Ekspert hesab edir ki, pilotsuz uçan aparatlarla (PUA) İranın daxilində yerləşən hədəflərə edilən hücumlar heç bir halda “casus belli” (müharibə səbəbi – red.) kimi qiymətləndirilməməlidir:

“İranlılar bunu ABŞ və İsrailin təcavüz aktı kimi təqdim edə bilməyəcəklər, ona görə də onlar təmkinli mövqe sərgiləyir və çox ehtiyatlı davranırlar. Artıq vəziyyət, onsuz da, İranın xeyrinə deyil. Baxmayaraq ki, İranın ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika dövlətlərarası birliyi) və Rusiya ilə yaratmağa çalışdığı “müqavimət oxu”nu onun müəyyən uğuru hesab etmək olar. Bütövlükdə isə mən düşünmürəm ki, yaxın gələcəkdə ayətullah Xomeyninin yaratdığı “vilayət əl-fəqih” sistemini asanlıqla sıradan çıxarmaq mümkün olsun. O, İranda siyasi islam üçün sabit nəzarət və tarazlıq mexanizmi yaradıb”.

Şərqşünasın proqnozuna görə, yaxın gələcəkdə böyük müharibə gözlənilməsə də, İran daxilində yerləşən hədəflərə dəqiq zərbələrin endirilməsi istisna deyil.

“Əsas hadisələr İranın şimal-qərbində - Ukrayna ərazisində cərəyan edir”, - deyə Roland Bidjamov xatırladıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar