Alman nəşri Putindən yazdı: Ağır xəstədir, yanvarda istefaya gedəcək

27 Noyabr 2020 15:24    1750 Baxış   
Alman nəşri Putindən yazdı:  Ağır xəstədir, yanvarda istefaya gedəcək

İdman fanatı olan Rusiya prezidenti Vladimir Putin bu il bir dəfə də olsun xokkey yarışlarında iştirak etməyib. Bu, 68 yaşlı prezidentin ağır xəstə olduğu və gələn ilin yanvarında istefaya gedəcəyi barədə artıq bir neçə həftədir Rusiyada dolaşan şayiələri daha da gücləndirib. Almaniyanın “Frankfurter Rundschau” nəşrində dərc olunan məqalədə belə deyilir.


Novator.az jurnalist Ştefan Şoldurun müəllifi olduğu məqalədən bəzi məqamları oxucuların diqqətinə çatdırır:


“Liberal “Dojd” telekanalı Putinin videokonfrans formatında keçirdiyi müzakirələrin birində bir neçə dəfə öskürəkdən boğulmasına diqqət çəkib. Daim deputatları da “əzib yoğuran” bir moskvalı masajçı isə öz müştərilərinə danışırmış ki, tezliklə Dövlət Dumasını böyük dəyişikliklər gözləyir.

Şayiələrin əsas mənbəyi tarixçi Valeri Soloveydir. O, həmişə Kremllə sıx əlaqəsi ilə öyünür. Solovey may ayında bəyan edib ki, Putin çox güclü dərmanlar qəbul etdiyi üçün istefaya getməli olacaq. Oktyabr ayında isə Solovey bildirib ki, Putinin qızı da daxil olmaqla rusiyalı alimlər dövlət başçısını müalicə etməyə çalışır, onlar xərçəng xəstəliyinin dərmanı üzərində qızğın iş aparırlar. Az sonra – noyabrda Solovey Putinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini və ailəsinin təkidi ilə 2021-ci ilin yanvarında təqaüdə çıxacağını iddia edib.
Kremlin mətbuat katibi Dmitri Peskov deyilənlərin hamısını xülya adlandırıb və prezidentin səhhətinin əla olduğunu vurğulayıb”.

Məqalədə Kremlə yaxınlığı ilə tanınan rusiyalı siyasətçi Aleksey Muxinin “Frankfurter Rundschau” nəşrinə açıqlaması da yer alıb.

Muxin Putinin səhhətinə görə istefaya gedəcəyi barədə deyilənlərin heç bir əsası olmadığını bildirib: “Əlbəttə, bu yaşda Putinin səhhəti ideal ola bilməz, amma ona ən yüksək səviyyədə tibbi yardım göstərilir”.

Ştefan Şol yazır ki, Putin noyabrın 24-də adəti üzrə kamera qarşısında sərbəst gəzərək dövlət televiziyasının jurnalistlərinə Moskva ətrafındakı Novo-Oqaryovo iqamətgahını, iqamətgahdakı istirahət otağını göstərib:
“Spartansayağı otağında Putin yenə uzun-uzadı müsahibə verdi. Üzü bir az qızarmış olsa da, danışanda vəziyyətə nəzarət edirdi. O, xəstə yox, qoca görünürdü”.

Məqalədə vurğulanır ki, Putin vaxtının çoxunu ilk növbədə Soçidəki iqamətgahında, sonra isə Novo-Oqaryovoda keçirir: “Görünür, prezident təkcə xokkeyə – sürət və çeviklik tələb edən bu idman növünə marağını itirməyib. Siyasətdə də onun manevrləri əvvəlkindən daha zəifdir. Putin Belarusda etirazçıların rəğbətini qazanmaq və Qərbdəki imicini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün Belarus tiranını hakimiyyətdən məhrum etmək şansından yararlanmadı”.

Mənbə: Fr.de



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar