Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu - FOTO

28 Fevral 2021 11:20    553 Baxış   
Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu -  FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

Bu barədə Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.


Qafqazinfo.az





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar