Azərbaycanda polis özünü güllələdi

25 Noyabr 2021 12:09    370 Baxış   
Azərbaycanda polis özünü güllələdi

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Dominant.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar