Azərbaycanın öz "Bayraktar"ı olacaq - "Səma yırtıcısı" hazırlanır

12 Yanvar 2021 11:16    235 Baxış   
Azərbaycanın öz "Bayraktar"ı olacaq -  "Səma yırtıcısı" hazırlanır

Azərbaycanda zərbə PUA-larının modifikasiyaları artırılır, formatı genişləndirilir. 9-10 km yüksəklikdən hədəfi 0,2 metr dəqiqlikdə vura biləcək zərbə PUA-sı ilə bağlı işlər davam edir.

PUA "səma-yer" (Air-Surface Missile, ASM) tipli, hədəflə bağlı informasiyanın fasiləsiz və diskret ötürülmə sistemli, televizion-komanda TVG nişanalma (TV-guided), fokuslandırılmış radioşüa vasitəsilə radiosiqnal nişanalması (Radio Beam-Riding, RBR) sistemli raket sadəcə postsovet məkanında yox, dünyada ən müasir raketlərdən biri olacaq asma-qoşqu raketlə təchiz ediləcək.

RBR sistemi hazırda yalnız ABŞ, Çin, Rusiya, Türkiyə və Fransada raket istehsalında aktiv istifadə olunur. Sözügedən sistemdə raket hədəfə yönəlmiş fokuslanmış radioşüa vasitəsilə işə salınır. PUA-dakı potensiometr avadanlıq şüanın bərabərsiqnallı zonasının istiqamətindən bucaq sapmasının əsasında raketin idarəetmə sisteminə siqnalla ötürür. Hədəfi nişanalma zamanı hücum obyekti və trasseri raket özü müəyyənləşdirərək qırıcı-bombardmançı təyyarələrdəki "3 nöqtə metodu"nun daha mükəmməl variantını reallaşdırır.



TVG və RBR sistemləri dumanlı, yağıntılı və əlverişsiz uçuş hava şəraiti üçün nəzərdə tutulub.

Hava aydın olanda isə lazer şüası ilə nişanalma (Laser Beam-Riding, LBM) sistemi işə salınacaq.

Bütün bunlarla yanaşı, PUA-da aktiv radiolokasiyalı nişanalma və optik-elektron korrelyasiya sistemləri də olacaq.



Mühərrikə gəldikdə isə, AGM-114 və AGM-69-un daha üstün versiyasının olacağı gözlənilir.

ABŞ istehsalı olan "Predator" PUA-sının taktiki-texniki göstəricilərindən geri qalmayacaq yerli PUA-mızı "Səma yırtıcısı" hesab etmək olar.

Elçin Alıoğlu
Milli.Az
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar