Oliqarxın gəmisindən tapılan “Faberje” yumurtası nədir?

22 İyul 2022 23:51    28078 Baxış   
Oliqarxın gəmisindən tapılan “Faberje” yumurtası nədir?

Rusiyanın məşhur zərgəri Peter Karl Faberqin Romanovlar sülaləsi (Rusiyanın sonuncu sülaləsi) üçün hazırladığı 50 ədəd “Faberje” yumurtasından bəzilərinin hazırda harada olduğu məlum deyil. Onlardan biri (əgər saxta deyilsə) oliqarxın gəmisində peyda olub.

Rusiyanın Ukraynaya hücumundan sonra bütün dünyada rus oliqarxlarının əmlakları müsadirə olunmağa başladı. Bank hesabları dondurulmuş, kredit kartları işləməyən oliqarxların yaxtaları bütün dünyanın gündəmini zəbt edir. Bəzi yaxta sahibləri isə kağız üzərində oliqarx deyillər. Yəni onların əmlakını tapmaq uzun müddət çəkə bilər.
ABŞ Baş prokurorunun müavini Liza Monako verdiyi son açıqlamada rusların ələ keçirdikləri yaxtalarda maraqlı əşyalar tapdığını bildirib. "Biz çox maraqlı şeylər tapırıq. “Faberje” yumurtası və ya “Faberje” yumurtası olduğu iddia edilən əsərlərlə rastlaşdıq. İşlər çox, çox maraqlı hal alır”, - deyə o bildirib.

“Faberje” yumurtalarını heç bir qiymətli əşya ilə qarışdırmaq olmaz. Rus çarı III İsgəndər ilə məşhurlaşan bu daş-qaş 19-cu əsrin sonlarında məhdud sayda istehsal edilib. 1885-1916-cı illərdə Peter Karl Faberje adlı bir zərgər Rus kral ailəsi üçün cəmi 50 yumurta hazırlayıb. III İskəndərin oğlu II Nikolay hər il Pasxa vaxtı bu yumurtalardan ikisini anasına və arvadına hədiyyə edirmiş.

Hazırda həmin yumurtalar haradadır?

Bu yumurtaların Rusiyada çar dövründən sonrakı taleyi haqqında tam məlumat yoxdur. Bu gün “Faberje” yumurtalarından 10-u Kremldə, 9-u isə Sankt-Peterburqdakı “Faberje” muzeyində, 5-i ABŞ-da Virciniyada, 3-ü isə London, Nyu-Yorkda sərgilənir. Qətərin keçmiş əmiri Şeyx Təmim Xəlifə Əl Taninində də 1 yumurta olduğu deyilir. Səkkiz yumurtanın aqibəti isə məlum deyil. İki yumurtanın Qərbi Avropada olduğu ehtimal edilir. Biri sonuncu dəfə 1949-cu ildə Londonda, digəri isə 1934-cü ildə Nyu-York mağazasında görülüb.

Bu ultra dəbdəbəli daş-qaş ancaq Rusiya İmperiyası dövründə, Sankt-Peterburqda hazırlanaraq ictimaiyyətə təqdim edilib. Sankt-Peterburq yarmarkasında nümayiş etdirilib. “Faberge's Eggs” kitabının müəllifi Tobi Faber deyir: "Bunlar ustalıqla hazırlanmış əsərlər ola bilər, lakin hətta Romanovların ən qatı tərəfdarları üçün belə, qəbul edilməsi ifrat dərəcədə ağırlıqdadır".



Oliqarxın gəmisində tapılan “Faberje” yumurtası nədir?

Oktyabr inqilabı ilə Rusiyada imperiya dövrü sona çatarkən II Nikolay, arvadı Aleksandra və beş uşağı edam edildi. Onların nəşlərinin illərlə ölkənin dörd bir yanında gəzdirildiyi ehtimal olunur. Edamlardan sonra Kommunist Partiyası çar Nikolayın öldürüldüyünü açıq şəkildə elan edir, lakin onun ailəsinin başqa bir məkanda baxıldığı bildirilir. Sonrakı illərdə isə Romanovlar sülaləsindən və ya bu ailəyə qohum olan insanlar öldürülür. 2007-ci ildə çarın uşaqları Aleksey və Mariyanın sümükləri tapılıb.

Oliqarxın gəmisində tapılan “Faberje” yumurtası saxta ola bilər?

“Faberje” yumurtalarına qayıdaq... Yumurtalar dünyanın ən məşhur ləl-cəvahiratlarından birinə çevriləndə, saxtasını hazırlamaq uğrunda yarışa başladılar. Mütəxəssislərin fikrincə, saxta “Faberje” yumurtalarının üzərində Rusiya imperiyasının möhürünü görmək mümkündür. Yumurta hazırlamaq üçün qızıl, almaz, zümrüd və mirvarilərdən istifadə olunub. 1998-2009-cu illərdə zərgərlik məmulatlarının lisenziya hüquqlarına sahib olan Viktor Mayer müxtəlif “Faberje” yumurtaları hazırlayır. Bu lisenziya hüququ hazırda “Faberge Limited” şirkətinə məxsusdur.

Yumurtalar populyar mədəniyyət və ədəbiyyatda da ilham mənbəyi olub. “Oceans Twelve” və “Peaky Blinders”də yumurtaların hekayəsindən, Danielle Steelin 1988-ci ildə yazdığı romanda isə yumurtanın özündən bəhs edilir.

Haber.Global
Mənbələr: History.com, The Guardian, PBS



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar