Yapon alimləri "yeməli" sement hazırlamağa imkan verən texnologiya icad etdi

12 İyun 2022 19:52    18901 Baxış   
Yapon alimləri "yeməli" sement hazırlamağa imkan verən texnologiya icad etdi

"Siz təbii fəlakətlər zamanı qida əvəzinə çarpayını, kreslonu yeyə bilərsiniz..."

Qida qalıqlarından yeməli evlər tikilir...

Siz yeməli evi təsəvvür edə bilərsinizmi?

Yəqin düşünürsünüz ki, söhbət kulinariyadan, məsələn, ev formasında olan tortdan və ya Qrim qardaşlarının pryanikli evinin küpəgirən qadınından gedir.

Amma məhz belə bir ixtiranı- yeməli tikinti materiallarını Tokio universitetinin alimləri ictimaiyyətə təqdim edib.

Dominant.az xəbər verir ki, bu barədə "Rambler" saytı məlumat verib.

Onlar qida qalıqlarını potensial yeməli "sementə" çevirən texnologiya işləyib hazırlayıb.

Təqdiqatçıların iddia etdiyi kimi, materialın elastikliyi adi sementdən dörd dəfə çoxdur.

Belə ixtira qida qalıqları ilə bağlı zibilxanalardan çıxan metanın miqdarını azaltmağa, beləliklə də istiləşməni lənğitməyə kömək edəcək.

Üstəlik, adi sement planetdə ən "çirkli" material kimi tanınıb, antropogen tullantılarının 8 faizi sementlə bağlıdır.

Əvvəlcə betonu təzyiq altında qızdırılaran xırdalanmış ağacdan hazırlamaq nəzərdə tutulub. Bu proses üç mərhələdən ibarət olub: qurudulma, xırdalanma və sıxılma. Bunun üçün xüsusi avadanlıq tələb olunmayıb. Amazondan hər şeyi tapmaq olar.

Ona görə də alimlər bu metodu qida qalıqları üzərində sınaqdan keçirməyə qərar verib.

Əvvəllər qida qalıqlarından sement yaratmaq üçün edilən cəhdlər biokütlənin parçalanmaması üçün plastikanın əlavə edilməsini tələb edib.

Lakin Tokio universitetinin tədqiqatçıları, sadəcə, hərarəti və təzyiqi dəyişməklə sement almağa müvəffəq olub.

Əsas texniki problem ondan ibarət olub ki, hər bir ərzaq növü üçün belə hərarət və təzyiq müxtəlif olmalıdır.

Əvvəllər qida sementini qida qalıqlarının yandırılmasından sonra qalan yalnız qəhvə xıltından və ya hisdən əldə etmək mümkün olub. Tokio universitetinin alimləri onu çay yarpaqları, portağal qabığı, soğan qabığı, Çin kələmi və hətta "fast-fud" qalıqlarından düzəltməyə müvəffəq olub.

Lakin ən maraqlısı odur ki, ədviyyatları əlavə etdikdə beton "ləzzətli" rəng, qoxu və hətta dad alıb.

Doğrudur, materialın yeməli olması üçün onu xırdalayıb qaynatmaq lazımdır.

Həşəratlar və gəmiriciləri bu qoxudan "tamahlandırmamaq" və betonu gəmirməmək, habelə rütubətə məruz qalmamaq üçün alimlər onun üzərinə lak çəkməyi təklif edib.

Bu materialdan həmçinin qab-qacaq və mebel düzəltmək və ya fəlakətlər baş verəcək hallarda evlər quraşdırmaq mümkündür.
Əgər yeməyi çatdırmaq alınmazsa, zərərçəkənlər çarpayını və ya kreslonu yeyə bilər.

Belə qurğulara daha ehtiyac olmayanda onlar ətraf mühitdə tədricən "əriyərək" komposta çevrilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar