Gülən adamların ağlar günü - FETÖ-çülər bütün sirləri faş etdilər

06 İyul 2022 13:22    25108 Baxış   
Gülən adamların ağlar günü -  FETÖ-çülər bütün sirləri faş etdilər

NATO -nun Madrid sammitindən sonra Almaniyada Gülən hərəkatı ilə bağlı araşdırmalar başlayıb.

Hərəkatın yüksək ranqlı bir neçə üzvü ilk dəfə alman mətbuatına danışaraq, maraqlı məlumatlar paylaşıblar, gizli təşkilatın mövcudluğundan bəhs ediblər.

Danışanlar arasında Fətullah Güləni kiçik yaşlarından tanıyan hüquqşünas Aytaç Öndər də var. Türkiyə Polis Akademiyasının müdir müavini olmuş Aytaç Öndər haqqında Türkiyədə qiyabi həbs qərarı çıxarılıb.

2019-cu ildən Almaniyada yaşayan Aytaç “xüsusi xidmət” adlı gizli təşkilat haqqında ilginc məlumatları bölüşüb. Almaniyanın məşhur birinci Kanalı və SWR televiziyası "xüsusi xidmət" (“hususi hizmet”) haqqında verilişlər və məqalələr yayınlayıblar.

Dövlət rəhbərlərini təhqir etmək suçundan 2014-cü ildə barəsində həbs qərarı çıxarılan Aytaç Öndər 2016 cı ildən Türkiyə dövləti tərəfindən “qırmızı vərəqə” ilə axtarışa verilib.

Almaniya kəşfiyyatı tərəfindən danışdırıldıqları ehtimal olunan keçmiş gülənçilərdən biri də Vəhdəddin Polat adlı keçmiş “xüsusi xidmət” üzvüdür. Müsahibəsində “gizli tapşırıqlarının olduğunu” söyləyən Polat “biz çox sistemli və istifadəsi planlaşdırılmış bir monitorinq sistemi qurmuşuq” - deyir.

Polat 12 il gizli təşkilatın üzvü olmasından, 2016-cı ildən təşkilatdan uzaqlaşmasından danışır. Onun sözlərinə görə, təşkilat bu gün də var və dünyadakı “hizmət” üzvləri ilə əlaqə saxlayır, onların fəaliyyətini koordinasiya edir. Gizli təşkilatın hansı ölkələri əhatə etməsindən danışan Polat “Türkiyənin səfirliklərinin olduğu bütün ölkələrdə” gizli təşkilat üzvlərinin olmasından danışır.



Öndər Aytaç iddia edir ki, FETO təşkilatının ümumi üzvlərinin 5 faizi “hususi hizmət”in üzvləridilər.

Gizli təşkilatın əsas işi Türkiyə və türk dövlətlərinin mühüm qurumlarına öz adamlarını yerləşdirməkdən ibarət olub. Polat və Öndər Almaniya mediasında gizli təşkilat haqqında məlumat verən ilk yüksək ranqlı keçmiş Gülən tərəfdarlarıdır.

Polat təşkilatdakı işi haqqında danışır: “Mənim işim hərbçilərlə görüşmək, onların qayğısına qalmaq, problemlərini dinləmək, mütəmadi olaraq ziyarət etmək idi. Bu, bir növ dini rəhbərlik sayılırdı”.

“Xüsusi xidmət”ə necə daxil olduğunu soruşduqda Polat proseduru belə izah edir: “Söhbət klassik məxfi xidmət üsulları ilə işləyən strukturdan gedir”.



Polat deyir ki, hərəkatdan ayrılıb. O, 2016 cı il dövlət çevrilişi cəhdindən sonra həbs olunub. 2019-cu ildə İstanbul məhkəməsi onu silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edib. Apelyasiya şikayətindən sonra azadlığa çıxan keçmiş “hizmet” üzvü Türkiyə məhkəmələrinin gəldiyi nəticəni təsdiqləyir.

Məhkəmə hakimlərinin fikrincə, hərəkat gəncləri hərbi və digər türk qurumlarına yerləşdirmək üçün öz təhsil müəssisələrinə cəlb edərək, onları casus kimi yetişdirib.

Polat isə daha irəli gedərək, şəbəkənin daha geniş olduğunu iddia edir. “Xüsusi xidmət”in xüsusilə türk dövlətlərində daha güclü olduğunu və bu günə qədər işlədiyini iddia edir.

Son məlumatların arasında Almaniya kəşfiyyatının “hizmət” haqqındakı fikrinin dəyişməsi də açıq görünür. Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal 4 il öncə, hizmətdən şübhələnmədiyini söyləsə də, artıq xidmətin əməkdaşları başqa fikirlər səsləndirməyə başlaylblar.

Almaniya Elm və Siyasət Fondunun Türkiyə araşdırma qrupunun rəhbəri Günter Seufert “xüsusi xidmət”in 2016-cı il çevrilişində əli olduğunu söyləyir: “Bunun əslində belə olduğunu təsdiqləyən faktlar ortaya çıxır”.

Birinci kanalın apardığı araşdırma 6 həftə davam edib. Araşdırmalar nəticəsində məlum olub ki, hərəkatın Almaniyada 300 təşkilatı, 22 məktəbi və 300 ə yaxın şirkəti, onlarla mətbəəsi, xəbər portalı və başqa kütləvi informasiya vasitələri var.

Hərəkatla bağlı araşdırma aparmış İslamşünas Florian Volm maraqlı faktlar üzə çıxardığını deyir. Onun fikrincə, təşkilat avtoritar qaydalarla idarə olunur və təşkilat üzvləri rəhbərliyin tapşırıqlarına sorğusuz əməl etməlidirlər.

Keçmiş təşkilat üzvləri evlərdə, yataqxanalarda və digər toplaşma yerlərindəki total nəzarətdən şikayət edirlər.

Almaniya televiziyası “SWR” gizli təşkilatla bağlı dövlət orqanlarına göndərdiyi 18 sualın cavabsız qaldığını bildirir.

Almaniyanın arxasınca digər Avropa dövlətlərində də eyni proseslərin gedəcəyi, “xüsusi xidmət” haqqında araşdırmaların sürətlənəcəyi ehtimal olunur.

Azərbaycanda “xüsusi xidmət” üzvlərinin olması ilə bağlı indiyə qədər araşdlrmalar aparılmayıb. Almaniya mediasına danışan keçmiş “hizmet”çilərə inansaq, beynəlxalq bir çetenin digər türk dövlətlərində də mövcud olduğu üzə çıxır.

Musavat.com


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar