Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.
Dominant.az xəbər verir ki, bu barədə onu yaxından tanıyan şəxslər məlumat veriblər.
Qeyd edək ki, E.Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.