Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

05 Dekabr 2021 12:00    999 Baxış   
Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə dominant.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. On iki dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə o əlavə edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar