Bakı şəhərində polis əməkdaşı nişanlısını öldürüb intihar etdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib.
O daha sonra intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.