Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlanıb

09 Oktyabr 2021 17:35    153 Baxış   
Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlanıb

Oktyabrın 11-dən etibarən Bakıdakı 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Bu barədə dominant.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəlı tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar