Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb - FOTOLAR

28 Oktyabr 2020 15:10    598 Baxış   
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb -  FOTOLAR

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

Dominant.az xəbər verir ki, açıqlamada deyilir:


"2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb -  FOTOLAR
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb -  FOTOLAR
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb -  FOTOLAR
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb -  FOTOLAR


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar