“Bir yaşlı uşağımı bağçada döyüblər” - İDDİA + FOTO

19 Sentyabr 2022 17:49    509 Baxış   
“Bir yaşlı uşağımı bağçada döyüblər” -    İDDİA + FOTO

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunur.

Bu barədə “Unikal”a azyaşlının anası Fidan Cavadova məlumat verib.

O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

“Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz”, - deyə o qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar