Burkina-Fasonun Prezidenti saxlanılıb

24 Yanvar 2022 12:05    394 Baxış   
Burkina-Fasonun Prezidenti saxlanılıb

Üsyançılar Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıb.

Dominant.az xəbər verir ki, “Reuters”in məlumatına görə, dövlət başçısı hərbi düşərgədə saxlanılıb.

Xatırladaq ki, Burkina-Fasoda iğtişaşlarda iştirak edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edirlər. Ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Eyni zamanda, bütün ölkədə komendant saatı tətbiq edilib.

Bundan başqa, Burkina-Faso hökuməti yanvarın 11-də hökuməti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçinin saxlanıldığını açıqlayıb. “Burkina-24” xəbər portalının məlumatına görə, qrupa gənc zabitlər rəhbərlik edir. Son bir neçə ayda Prezident Kabore ölkənin Silahlı Qüvvələrinin komandanlığında bir sıra əsaslı dəyişikliklər edib.

Qeyd edək ki, Rok Mark Kristian Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.

Report.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar