Cəlilabad rayonunda meşə yanıb - VİDEO

08 İyun 2022 21:44    2260 Baxış   
Cəlilabad rayonunda meşə yanıb -   VİDEO

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi Meşə Təsərrüfatı İdarəsinə məxsus 16-cı dolaydakı Bəciravan və Oğrubulaq kəndləri istiqamətində qeydə alınıb.

Yanğın meşənin dərinliyində bir hektar ərazini əhatə edib.Hadisə yerinə FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Ərazidə texnikanın hərəkətində məhdudiyyətlər yarandığından, yanğın əl əməyindən istifadə olunaraq söndürülüb.

Qeyd edək ki, anoloji hadisə sözügedən ərazidə ikici dəfə təkrarlanır. Şahidlərin bildirdiyinə görə, həmin dolayda 2014-cü ildə də güclü yanğın baş verib.


Faktla bağlı araşdırma aparılır.

" target="_blank">

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar