Dadlı çörək bişirməyən qardaşını öldürdü

28 Fevral 2021 15:04    486 Baxış   
Dadlı çörək bişirməyən qardaşını öldürdü

Türkiyənin Adana şəhər sakini qardaşını öldürüb.

“Sabah” xəbər verir ki, 45 yaşlı Şığlətif Dəmirqapı 56 yaşlı qardaşı Mahmud Dəmirqapı tərəfindən odlu silahla qətlə yetirilib.

Bildirilir ki, məhəllədə çörək dükanı işlədən Ş.Dəmirqapı qardaşını əlində çörəklə görüb və nə üçün onun dükanından almadığını soruşub. M.Dəmirqapı isə cavabında “sən dadlı bişirmirsən” deyib.

Bu zaman onların arasında mübahisə yaranıb. M.Dəmirqapı evə gedərək tüfəng götürüb və qardaşını güllələyərək öldürüb.

Polis beş il cinayətdən yayına bilən şübhəlini tutub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar