Dövlət Bağçalı Türkiyədə qəbul imtahanlarının ləğv olunmasını təklif edib

29 İyun 2021 13:21    8455 Baxış   
Dövlət Bağçalı Türkiyədə qəbul imtahanlarının ləğv olunmasını  təklif edib

“Artıq universitetə qəbul imtahanlarına neştər vurmağın vaxtıdır. Gəlin, univeristetlərə qəbul imtahanlarını ləğv edək”.

Dominant.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı bildirib.

“Hesab edirəm ki, övladlarımızın həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil. Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”, - o partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat fraksiyasının toplantısında deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Millət İttifaqı adlı birlik yaradıb.

(Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar