Dünya daha bir təhlükə ilə üz-üzədir - FOTOLAR

08 İyul 2020 12:00    1100 Baxış   
Dünya daha bir təhlükə ilə üz-üzədir -  FOTOLAR
Beynəlxalq Kosmik Stansiyasının(ISS) kosmanavtlar "NEOWISE" adlı quyruqlu ulduzu orbital kosmik stansiyasdan izləməyə başlayıblar.

Dominant.az xəbər verir ki, mütəxəssislər iyulun 23-də Yerə ən yaxın nöqtədə keçəcək c ulduzunun Yerlə toqquşub-toqquşmayacağına aydınlıq gətiriblər.

Ötən günlərdə Günəşə ən yaxın nöqtədən keçən ulduz 2 iyulda Yerə ən yaxın nöqtədən keçəcək və planetimizə 103 milyon kilometrə qədər yaxınlaşacaq.

754 metr diametri olan "NEOWISE" ulduzu kilometrlərlə uzanan quyruğu sayəsində teleskoplarla izlənilə biləcək.

Mütəxəssislər vurğulayırlar ki, kometanın planetimizlə toqquşma ehtimalı yoxdur.



Maraqlıdır, platenimiz hər hansı asteroid toqquşmasına hazırdımı?

Hollivud filmlərinin ən populyar mövzularından biri olan bu ssenarinin cavabı NASA-dan gəlib. Amerika Aviasiya və Kosmik İdarəsi (NASA) görə, belə bir hadisə baş verərsə, gələcəyimiz heç də parlaq deyil.

Planetimizin meteorid zərbələrinə hazır olmadığını qeyd edən, NASA-nın əməkdaşı Dr.Cozef Nut Amerika Geofiziki Birliyinin toplantısındakı çıxışında, sürpriz bir asteroidin Yerlə toqquşmasının qarşısını almaq üçün vaxt problemi ola bilər.



Ən böyük problemin bəşəriyyətin belə bir vəziyyətdə nə edəcəyinə dair dəqiq bir yol xəritəsinin olmaması olduğunu qeyd edən Nut, belə bir riskin hər an ola biləcəyini vurğulayıb və təklif verib.

Nutun sözlərinə görə, bu riski aradan qaldırmağın ən zəmanətli yolu planetimizlə toqquşma ehtimalı olan asteroidləri öyrənmək üçün kosmosa kosmik gəmi göndərməkdir.

Kifayət qədər maliyyə ayrıldığı təqdirdə, bu kosmik gəminin bir ildən sonra fəaliyyətə başlaya biləcəyini deyən Nut, sözügedən kosmik gəminin planetimizlə toqquşa biləcək asteroidləri dayandıra biləcəyini söyləyib.

Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar