Dünyanın ən güclü ordularının siyahısı dəyişdi - Azərbaycanın 3 müttəfiqi var

22 İyul 2020 17:31    4344 Baxış   
Dünyanın ən güclü ordularının siyahısı dəyişdi -  Azərbaycanın 3 müttəfiqi var
Bütün dünyanın diqqəti Azərbaycan və Ermənistan sərhədlərində baş verən hadisələrə yönəlib. Ermənilərin başqa bir dövlətə güvənərək Tovuz rayonununa qəfil hücumları, sanki 3-cü Dünya Müharibəsinin başlanacağı siqnalını verməkdədir. Artıq əksər insanları "Dünyanın ən güclü ordusu olan ölkələr hansıdır" - sualı düşündürür.

Bu il dünyanın ən güclü ordularının sıralamasında dəyişiklik olub.

Dominant.az xəbər verir ki, silah növləri və qabiliyyəti, səfərbərlik potensialı, aralarında hərbi sənayenin inkişaf göstəriciləri daxil olmaqla 55 fərqli kateqoriyada qiymətləndirildikdən sonra dünyanın ən güclü ordusu olan ölkələrin adı açıqlanıb.

İldə bir dəfə aparılan dəyərləndirmədə sıralama dəyişib. Ötən ilə nisbətən bu il sıralamada Azərbaycan və onun müttəfiqləri olan Türkiyənin, Pakistan və İsrailin mövqeləri yüksəlib.

Siyahıda qonşu və düşmən ölkə Ermənistan 90-cı, digər qonşumuz Gürcüstan 77-ci, Cənub qonşumuz İran isə ilk iyirimiliyin bir addımlığında, yəni 21-ci yerdə qərarlaşıb.

Siyahıda Azərbaycan isə ötən illə müqayisədə 7 pillə irəliləyərək 58-ci yerə qalxıb.

Dominant.az 2020-ci ildə dünyanın ən güclü ordularının siyahısını təqdim edir.

1. ABŞ.

2. Rusiya.



3. Çin

4. Hindistan

5. Fransa

6. İngiltərə

7. Yaponiya

8. Türkiyə



9. İsrail

10. Almaniya

11. Misir

12. İtaliya

13. Cənubi Koreya

14. Pakistan



15. İndoneziya

16. Vyetnam

17. Braziliya

18. Tayvan

19. Polşa

20. Tayland



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar