Düşmən daha 1 məktəbə ziyan vurdu

14 Oktyabr 2020 13:30    440 Baxış   
Düşmən daha 1 məktəbə ziyan vurdu

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.

Dominant.az-a bu barədə Təhsil Nazirliyindən məlumat verilrib.

Bildirilib ki, oktyabrın 14-də Erməni Silahlı Qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar