Əfqanıstanda kişi və qadın tələbələr arasında pərdə asıldı

06 Sentyabr 2021 22:02    1109 Baxış   
Əfqanıstanda kişi və qadın tələbələr arasında pərdə asıldı

“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə tələbələr universitetlərə qayıdıb.

Dominant.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Agentlik qeyd edir ki, bəzi univeristet auditoriyalarında qadın və kişi tələblər arasında pərdə asılıb, bəzilərində lövhələr yerləşdirilib, bəzilərində ümumiyyətlə ayrı-ayrı otaqlarda dərslər keçirilib.

Sonuncu dəfə 1996-2001-ci illərdə hakimiyyətdə olan hərəkat həmin illərdə qızları məktəbdən, qadınları isə universitetdən və işdən uzaqlaşdırıb.

“Taliban” qadın hüquqlarının İslam dininin qanunlarına uyğun olaraq qorunacağına dair təminat verib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar