Erməni yaraqlıları 2150 günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirir - TARİX

01 Fevral 2021 10:19    471 Baxış   
Erməni yaraqlıları 2150 günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirir -  TARİX

1 fevral 1734-cü il - Erməni yaraqlıları Şipakel mahalının Carcur, Zaruşat və digər kəndlərinə basqın edirlər. Ağır qətliam baş verir. 2150 nəfər günahsız azərbaycanlı dinc sakin vəhşicəsinə qətlə yetirilir.

1 fevral 1992-ci il - Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ermənilər tərəfindən Talış kəndi istiqamətindən aramsız atəşə tutulur. Top mərmilərindən birinin həyətdəki tut ağaınca dəyərək partlaması nəticəsində bacı-qardaş olan azyaşlı uşaqlar – 27 iyun 1977-ci il təvəllüdlü Ramil Alim oğlu Qarayev, 22 oktyabr 1978-ci il təvəllüdlü Habil Amil oğlu Qarayev, 22 iyul 1980-ci il təvəllüdlü Lalə Alim qızı Qarayeva faciəli şəkildə həlak olurlar.

1 fevral 1992-ci il - Ermənilərin Xocalı rayonunun Fərrux kəndi istiqamətindəki hücumu nəticəsində 1 nəfər azərbaycanlı qətlə yetirilir.

1 fevral 1992-ci il - Erməni yaraqlıları Ağdam rayonunun Cinli kəndinə basqın edirlər. Dinc sakin Zahid Şükürov həlak olur, 2 dinc sakin yaralanır.

1 fevral 1992-ci il - Erməni daşnakları Ağdam rayonunun Xıdırlı kəndi və Qaraağacı məzarlığı istiqamətilərində yenidən hücuma keçirlər. Müdafiə zamanı 12 nəfər azərbaycanlı həlak olur.

1 fevral 1994-cü il - Bakı dəmir yolu vağzalında ermənilər tərəfindən törədilən terror aktı “Bakı-Kislovodski” sərnişin qatarının partladılması nəticəsində 4 nəfər həlak olur, 20 nəfər yaralanır.

1 fevral 1994-cü il - Azərbaycanın ermənilər tərəfindən işğal edilən Kəlbəcər bölgəsini işğaldan azad etmək üçün Murovdağ əməliyyatı həyata keçirilir. Əməliyyat uğursuzluqla nəticələnir.
Həftələrlə davam edən bu hərbi əməliyyatlarda çoxlu qurbanlar verilir. Onlarla meyit və yaralı döyüş meydanlarında qalır.

1 fevral 2010-cu il - Ermənilərin hərbi birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində -Ağdam rayonunda yerləşən Şahbulaq dağının ətəklərində artilleriya təlim-məşğələləri keçirirlər. Azərbaycanın maddi-mədəniyyət və tarixi-arxeoloji abidələri erməni vandalları tərəfindən dağıdılır.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar