Erməni yaraqlıları Ağdamın 6 kəndinə hücum edirlər- Tarixin qanlı xronikası

31 Yanvar 2021 13:02    621 Baxış   
Erməni yaraqlıları Ağdamın 6 kəndinə hücum edirlər - Tarixin qanlı xronikası

31 yanvar 1902-ci il... Şamaxıda çoxlu dağıntılarla nəticələnən güclü, dağıdıcı zəlzələ baş verir. Minlərlə adam həlak olur.

31 yanvar 1905-ci il... Erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı və Hacıqərvənd kəndlərində faciə törədirlər. Bu kəndlərdən olan 10 nəfər müsəlman qətlə yetirilir...

31 yanvar 1990-cı il... İmişli rayonunun ərazisində “BBC” radiokorporasiyasının əməkdaşları, Böyük Britaniya vətəndaşları Bencamin Braun və Pek Rorini SSRİ ərazisində yerdəyişmə qaydalarını və sərhəd zonasında olmaq rejimini pozduqlarına görə yaxalanırlar. Axtarış zamanı onların üzərindən müxtlif məxfi sənədlər aşkaarlanır və götürülür.

31 yanvar 1990- cı il... Silahlı ermənilər Gədəbəy rayonunun ərazilərinə hücum edirlər. Gədəbəy bölgəsinə - Şınıx zonasına edilən bu silahlı hücum nəticəsində 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilirlər.

31 yanvar 1991-ci il... Dağıstanın Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” qatarı partladılır. 16 nəfər həlak olur, 20 nəfər yaralanır.

31 yanvar 1992 –ci il... Ağdam rayonunun Xıdırlı kəndi yaxınlığında Milli Qəhrəman, 28 yaşlı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli və onunla birlikdə Asif Talıbov, Azər Məmmədov, eləcə də Elşad, Tahir, Vüqar adlı bir neçə nəfər erməni yaraqlıları ilə döyüşdə ŞƏHİD olurlar...

31 yanvar 1992-ci il... Xramort, Fərrux kəndləri istiqamətində döyüş əməliyyatları keçirilir. Fərrux kəndi ermənilərdən azad edilsə də, ciddi itkilər olur.

31 yanvar 1992-ci il... Erməni yaraqlıları Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Xıdırlı, Cinli, Əliağalı, Əhmədavar kəndlərinə hücum edirlər. 1942-ci ildə Aödam rayonunun Seyidli kəndində anadan olan Faiq Həşim oğlu Həşimov, eləcə də Xankişi Cəfərov, Azər Abbasov, Mübariz Cəfərov, Eldar Həsənov həlak olurlar. 53 nəfər yaralanır.

31 yanvar 1994-cü il... Bərdə rayon icra hakimiyyətinin nümayəndələri gecə döyüş bölgəsindən qayıdarkən erməni snayperlərinin pusqusuna düşürlər. Düşmənin aramsız atəşləri nəticəsində “NİVA” markalı maşın dəlik-deşik olaraq yararsız hala düşür.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar