Ermənistan ordusu yenidən hərəkətə keçib

13 İyul 2020 18:33    435 Baxış   
Ermənistan ordusu yenidən hərəkətə keçib
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Dominant.az xəbər veirr ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Azərbaycan Müdafiə Nazirliyindən, həmçinin Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Facebook" səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə paylaşdığı məlumata da münasibət bildirilib.

Qeyd olunub ki, həmin məlumatlar həqiqəti əks etdirmir: "Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar