Ermənistanda referendum və ya Paşinyanın əvvəl inkar etdiyi idarəçiliyə qayıtmaq istəyi

03 Martt 2021 14:02    10995 Baxış   
Ermənistanda referendum və ya Paşinyanın əvvəl inkar etdiyi idarəçiliyə qayıtmaq istəyi

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan martın 1-də keçirilmiş mitinqdə tərəfdarları önündə çıxış edərkən konstitusiya referendumu ilə bağlı anons vermiş və bildirmişdi ki, Ermənistan parlamentli respublikadan yenidən yarımprezidentli respublika üsul idarəsinə keçəcək. O, bununla əlaqədar referendumun bu ilin oktyabrına planlaşdırıldığını da vurğulamışdı. Paşinyanın sözlərinə görə, bu tədbir gələcəkdə ölkədaxili böhranların qarşısının alınması məqsədi daşıyır.

Məsələnin maraqlı tərəfi isə bundadır ki, Nikol Paşinyan əvvəllər hazırda keçid almaq istədiyi idarəçilik formasının əleyhinə çıxıb. Belə ki, təxminən bir il öncə o, “Yeni Ermənistan üçün 100 fakt” adlı proqramını təqdim edərkən deyib ki, yarımprezidentli üsul idarəsi ölkəni uçuruma apara bilər. Baş nazir Qafandakı bu təqdimat çıxışında fikrini əsaslandırmaq üçün ötən 20 ilin acı təcrübəsini də misal çəkib. Sistemin ən böyük mənfi cəhəti kimi bütün məsuliyyəti baş nazirin daşıması, başlıca təsir gücünün isə prezidentə məxsusluğu üzərində dayanıb. “Yarımprezidentli model məsuliyyətsiz idarəçilik sistemidir. Bizdə ya parlamentli sistem, ya da tam prezidentli sistem olmalıdır”, - deyə Paşinyan vurğulayıb.

Baki-Baku.az


Qeyd edək ki, N.Paşinyanın yuxarıda qeyd etdiyimiz fikirləri Ermənistanın birinci prezidenti, Erməni Milli Konqressinin rəhbəri Levon Ter-Petrosyanın həmin vaxt irəli sürdüyü ideyaya cavab kimi də qiymətləndirilə bilərdi. Belə ki, L.Ter-Petrosyan Paşinyanı yarımprezidentli idarəçilik sisteminə qayıtmağa çağırmışdı.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar