Ermənistanda Sibir xorası yayılır

02 İyul 2021 20:40    7903 Baxış   
Ermənistanda Sibir xorası yayılır

Ermənistanda Sibir xorası yayılır. Təkcə bu gün ərzində 5 yeni xəstəlik daşıyıcısı aşkarlanıb.

Dominant.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, xəstəliyə Şirak vilayətinin İsaakyan kənd sakinlərində rast gəlinib.

Qeyd edək ki, iyunun 30-da Geğarkunik vilayətinin 3 sakinində də analoji xəstəlik tapılıb. Bütün xəstələr Gümrü İnfeksion Xəstəlikləri Mərkəzinə yerləşdirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar