Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır - RƏSMİ

11 İyun 2021 17:53    1055 Baxış   
Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır -  RƏSMİ

Gürcüstanın Kveşeti-Kobi magistralında tikinti işləri çərçivəsində xüsusi texnikaların daşınması səbəbindən Rusiya ilə sərhədi istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dominant.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Handosxevi-Kobi hissəsi 11 iyun 23:00-dan 12 iyun 05:00-dək nəqliyyat üçün bağlanacaq.

Mtsxeta-Stepantsminda-Lars magistral yolu Rusiya Federasiyası ilə ortaq sərhədi olmayan Ermənistan da daxil olmaqla Rusiyaya gedən yeganə yoldur.

(Konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar